Ukraynanın və Rumıniyanın hərbi dəniz qüvvələrinin birgə təlimi başlayıb

349

Ukraynanın və Rumıniyanın hərbi-dəniz qüvvələrinin Dunay çayında birgə təlimi başlayıb.

AZƏRTAC Ukrayna Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, “Riverine 2020” adlı hərbi təlim sentyabrın 14-dək davam edəcək. Təlim zamanı bütün taktiki elementlər NATO standartlarına uyğun tətbiq olunacaq.

Təlimlərdə gəmi və qayıq qruplarından başqa, Ukrayna və Rumıniya Dəniz qüvvələri, Ukrayna Dövlət Sərhəd Mühafizə Xidmətinin dəniz mühafizə bölmələri Rumıniyanın Sərhəd Polisi ilə birgə tapşırıqları yerinə yetirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır