İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olan ölkələrdə neft və neft məhsullarının kommersiya ehtiyatları iyul ayında aylıq ifadədə 4,5 mln. barel azalaraq beşillik orta göstəricini 260,6 mln. barel üstələyib.
“APA-Economics”in məlumatına görə, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) sentyabr hesabatında deyilir.
“İyul ayının ilkin göstəricilərinə əsasən, OECD-nin ümumi neft və neft məhsullarının kommersiya ehtiyatlarının aylıq ifadədə 4,5 mln. barel azalaraq 3,231 mlrd. barel təşkil edib ki, bu, illik ifadədə 273,7 mln. barel çoxdur və son 5 ilin orta göstəricisini 260,6 mln. barel üstələyir”, – hesabatda deyilir.
Bununla belə, aylıq ifadədə neftin kommersiya ehtiyatları 9,7 mln. barel azalaraq 1,58 mlrd. barelə, neft məhsulları isə 5,3 mln. barel artaraq 1,651 mlrd. barelə çatıb.
OECD ölkələrindəki neft ehtiyatları beşillik ortalama göstəricidən 95,6 mln. barel, neft məhsulları ehtiyatları isə 165,1 mln. barel çox olan bir səviyyədə idi.