Gəmi təmirçiləri könüllü qanvermə aksiyasında iştirak ediblər

43

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Bibiheybət” Gəmi Təmiri Zavodunda könüllü qanvermə aksiyası keçirilib.

Aksiyanın keçirilməsində məqsəd Vətən Müharibəsində əldə etdiyimiz böyük qələbəmizin həyatımıza sonsuz fərəh və iftixar duyğuları bəxş etdiyi, həm də koronavirus infeksiyasının ölkəmizdə çətinliklər yaratdığı bir vaxtda həmrəylik nümayiş etdirməkdən ibarətdir.

Bu nəcib tədbirdə əməkdaşlar həvəslə iştirak ediblər. Könüllü qan verənlər bunun xeyirxah və savab iş olduğunu diqqətə çatdıraraq, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.

Mənbə:https://asco.az/