TC Xarici İşlər Nazirliyindən Yunanistana mesaj – Türkiyə bugünə qədər olduğu kimi…

42

Türkiyə Cumhuriyyəti Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Şərqi Aralıq dənizində kəşfiyyat danışıqlarının yenidən başlanma tarixinin müəyyən olunması səbəbilə Oruc Reis seysmik tədqiqat gəmisinin Antalya sahillərinə geri çəkildiyini bildirərək, Türkiyənin, bugünə qədər olduğu kimi, hazırda da Yunanıstanla ön şərtsiz dialoqa hazır olduğunu bildirib.

Baki-xeber.com-un xəbərinə görə, Aksoy Nazirliyə ünvanlanan “Yunanistan Oruc Reisi bəhanə gətirərək dialoq təklifinə qarşılıq vermirdi. Oruc Reis çalışmalarını tamamladı, bu durumda Yunanıstanın davranışında bir dəyişiklik görürsünüzmü” sualına verdiyi yazılı cavabında bildirib ki, Türkiyə elə əvvəldən də Yunanıstanla ön şərt qoymadan dialoqun aparılmasının tərəfdarı olub.

Aksoy deyib ki, Yunanıstanla kəşfiyyat danışıqlarının yenidən başlaması mövzusunda razılıq əldə olunsa da, Oruc Reis kəşfiyyat fəaliyyətində olduğu üçün Yunanıstanın geriyə addım atması səbəbilə danışıqların tarixi müəyyənləşdirilməmişdi.

Enerji və Təbii Sərvətlər Nazirliyinin Oruc Reisin Şərqi Aralıq dənizindəki fəaliyyətini tamamlayaraq noyabrın 29-da Antalyaya döndüyünü açıqladığını xatırladan Aksoy “Türkiyə bugünə qədər olduğu kimi, bundan sonra da ön şərtsiz dialoqa açıq mövqeyində qalacaq”- deyə bildirib.