“MOL Group” “Azəri-Çıraq-Günəşli” üzrə hasilat həcmlərini açıqlayıb

26

2020-ci ilin dördüncü rübündə Macarıstanın “MOL Group” şirkətinin “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunda xalis hasilatı 25 min barel neft ekvivalenti təşkil edib.

Trend bu barədə şirkətin hesabatına istinadən məlumat verir.

Qeyd olunub ki, hesabat dövründə AÇG-də ümumi hasilat 462 min barel/sutkaya bərabər olub.

“MOL Group” AÇG-dən 2020-ci ilin birinci rübündə 16,3 min barel/sutka, ikinci rübündə 29,8 min barel/sutka, üçüncü rübündə 25 min barel/sutka neft ekvivalenti hasil edib.

“MOL Group”un 2020-ci ildə “Azəri-Çıraq-Günəşli” üzrə kapital xərcləri 117,2 milyon dollar, ümumi xərcləri 118 milyon dollar təşkil edib.