Gürcüstan Bakı-Tbilisi-Qarsın inkişafı üçün əməkdaşlığı dərinləşdirəcək

230

Bakı-Tbilisi-Qars layihəsinin yekunlaşdırılması Asiya və Avropa arasında yüklərin daşınması üçün tələb olunan vaxtı əhəmiyyətli dərəcədə qısaldacaq və bu da Gürcüstana əlavə yüklərin cəlb olunmasına imkan verəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın yeni hökumətinin 2021-2024-cü illər üzrə proqramında bildirilib.

Sənəddə vurğulanıb ki, Gürcüstan tranzit dəhlizinin rəqabət qabiliyyətini artırmaq üçün beynəlxalq nəqliyyat sistemlərinə inteqrasiya və regional əməkdaşlığı dərinləşdirməkdə davam edəcək.

“Tərəfdaş ölkələrlə birgə tranzit dəhlizinin rəqəmsallaşdırılması üzrə işlərin aparılması planlaşdırılır ki, bu da Gürcüstan vasitəsilə yükdaşımaların effektivliyini artıracaq və davamlılığını təmin edəcək”, – proqramda qeyd olunub.