Qadınlar dənizdə işləyə bilərmi?

48

2020-ci ildə keçirilmiş sorğuya əsasən, qadınlar gəmidə uğurlu iş aparmaq qabiliyyətinə malikdirlər və bu sahədə əks cinsin nümayəndələrindən heç də geri qalmırlar.

“Seanews.az” xəbər verir ki, statistikaya əsasən hazırda 200-ə yaxın qadın dənizçilik sahəsinin müxtəlif strukturlarında fəaliyyətlərini uğurla davam etdirirlər.

Bu reytinqə daxil olan qadınların əksəriyyəti gəmi idarəetməsi, dəniz hüququ və sığorta, elm, media və jurnalistika, təsnifat cəmiyyətləri və bank işi, mühəndislik və texnologiya, limanlar və terminallarda çalışırlar.

Dənizçilik sahəsində ən yaxşı qadın kapitanlar sırasında Böyük Britaniyadan Cessika Tayson, Türkiyədən Nil Deniz Sutku Şen, Hindsitandan isə Radika Menon yer alıblar.