Çinin “GNG Ocean Shipping” şirkəti LNG ilə işləyən kiçik həcmli 50 yük gəmisi sifariş verib.
“Seanews.az” xəbər verir ki, çay tipli gəmilər “CSSC Guijiang” tərsanəsində inşa ediləcək.
Gəmilərin 25-i 2.000 DWT, 25-i isə 3.000 DWT olacaq.
Üzən vasitələrin ümumilikdə 101 milyon dollara başa gələcəyi və 2022-ci ilin martınadək təhvil veriləcəyi bildirilir.