Bütün heyəti qadınlardan ibarət dünyanın ilk gəmisi səfərə çıxıb

223

Heyət üzvləri qadınlardan təşkil olunmuş dünyanın ilk gəmisi səfərə çıxıb.

“Seanews.az” xəbər verir ki, “Swarna Krisna” adlıtanker 8 mart Beynəlxalq Qadınlar Günündə Hindistanın ən böyük konteyner limanı “Jawaharlal Henru Trust” dan xüsusi mərasimlə yola salınıb.  

Hindistan Limanlar, Dənizçilik və Su Yolları Nazirliyindən bildirilib ki, bu addım dənizçi peşəsinin yalnız kişilərə aid olması düşüncəsini dəyişdirmək üçün atılıb.

Qeyd edək ki, dünya dənizçilik sektorunda çalışan 1,2 milyon dənizçinin təxminin 2 faizini qadınlar təşkil edir.