Göyərtəsində ukraynalı dənizçilər olan gəmi batıb, ölənlər var

56

Qara dənizdə Komor adaları bayrağı altında üzən və göyərtəsində ukraynalı dənizçilər olan “Volgo Balt 179” gəmisinin batması nəticəsində 2 nəfər ölüb.

“Report” UNIAN-ə istinadən xəbər verir ki, bu barədə xilasetmə əməliyyatında iştirak edən “Grup Servicii Petroliere” məlumat verib.

Bildirilib ki, gəmidəki 13 dənizçi Ukrayna vətəndaşıdır. Onlardan ikisi ölüb, birinin meyiti tapılaraq çıxarılıb, digərinki axtarılır.

Məlumata görə, gəmi Rusiyanın Rostov-Don limanından Rumıniyanın Konstansa limanı istiqamətində hərəkət edirmiş. Gəmidəki heyətin 13 üzvündən biri qadın olub. Onlardan 10-u sağ-salamat sahilə çıxarılıb. Qadın yaralanıb. Xilas edilənlərin səhhəti yaxşıdır.

“Rumıniya sahillərində göyərtəsində 13 ukraynalı olan “Volgo Balt 179” batıb. 10 dənizçi xilas edilib, 2-si ölüb, birinin axtarışı davam edir”, – Ukraynanın xarici işlər naziri Oleq Nikolenko tvitter hesabında yazıb.