Vətən müharibəsində iştirak edən ASCO əməkdaşı Elvin Hüseynov – VİDEO

570

“ASCO Mühafizə” MMC-nin növbə rəisi Elvin Hüseynov Vətən müharibəsinin qəhrəman iştirakçılarından biridir.

Şərəfli döyüş yolundan qürurla danışan əməkdaşımız deyir ki, Azərbaycan Ordusu Müzəffər Ali baş komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi zamanı əsl şücaət və peşəkarlıq nümayiş etdirdi. Məhz bunun nəticəsində Böyük Qələbə əldə olundu. Döyüşərək, qan tökərək, ədaləti bərpa etdik. Ən əsası isə, Şəhidlərimizin qanını yerdə qoymadıq.