Rusiya qazını Ermənistana müvəqqəti Azərbaycandan verəcək

57

Rusiya qazı Ermənistana “Şimali Qafqaz-Zaqafqaziya” qaz kəmərində təmir işləri ilə əlaqədar müvəqqəti olaraq Azərbaycan ərazisindən veriləcək.

Bu barədə“Qazprom Eksport” şirkəti məlumat verir.

“Şimali Qafqaz-Zaqafqaziya” qaz kəmərində təmir işləri müddətində Rusiya qazı istehlakçılara Azərbaycan ərazisindən nəql olunacaq. Bununla əlaqədar martın 16-da SOCAR və “Qazprom eksport” şirkətləri arasında qısamüddətli müqavilə imzalanıb”, – Rusiya şirkəti məlumat verir.

Təmir işləri təxminən 3 həftə davam edə bilər. Daha sonra qaz əvvəlki marşrutla RF və Gürcüstan sərhədi vasitəsilə nəql olunacaq”, – “Qazprom eksport” əlavə edir.