Azərbaycanda dəniz nəqliyyatı ilə yük və sərnişin daşımaları azalıb

394

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 896,6 min ton təşkil edib ki, bu da illik müqayisədə 7,5% azdır.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə yüklərin 41,8%-ni neft yükləri təşkil edib.

Hesabata əsasən, yanvar-fevral aylarında dəniz limanları tərəfindən 1 384 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 1 348,1 min tonunu və ya 97,4%-i tranzit yüklər təşkil edib.

Məlumata görə, 2021-ci il mart ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 39,2 min ton olub.

“Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2020-ci ilin müvafiq dövrünə nisbətən 31,2% azalaraq 2,2 min nəfər olub”, – məlumatda qeyd edilir.