Ekvatorun uzunluğuna yaxın dəniz yolu

323

Dünya xəritəsinə baxdıqda heç kimin ağlına gəlməz ki, Rusiyanın Kamçatka yarımadası və Pakistan biri-birinə dünyanın ən böyük dəniz yolu ilə birləşir. Ən əsası odur ki, A məntəqəsindən B məntəqəsinə hərəkət istiqamət (səmt) dəyişmədən baş tutur.

“Seanews.az” xəbər verir ki, ilk dəfə buna amerikalı vəkil Patrik Anderson diqqət yetirib. Onun bu fikri ilə elmi ictimaiyyət maraqlanır və hesablamalar nəticəsinə Andersonun haqlı olduğu qənaətinə gəlinir.

Beləliklə, müəyyən edilir ki, Kamçatka yarımadası və Pakistanda yerləşən şərti A və B nöqtələri arasındakı dəniz yolunun uzunluğu 32 000 kilometrdir. Bu ekvator uzunluğunun təxminən 80 faizıni təşkil edir.

Qeyd edək ki, hesablamalar dənizlər və kontinentlər xəritəsində şaxələnmə və sərhədlər metodu (метод ветвей и границ) adlı alqoritmlə aparılıb.

Nəzəri cəhətdən dünyada bu uzunluqda dəniz yolu olsa da, hələlik heç kim bu yolu gəmi ilə qət etməyib.