ÖLKƏNİN BÜTÜN TƏHSİL MÜƏSSİSƏLƏRİNİN, HÜQUQİ VƏ FİZİKİ ŞƏXSLƏRİN NƏZƏRİNƏ !

294

Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədovun təşəbbüsü, ADDA-nın “Tətbiqi mexanika” kafedrasının təşkilatçılığı və “İngilis dili” kafedrasının iştirakı ilə 20 aprel 2021-ci il tarixində Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin enerji təminatında innovativ texnologiyalardan istifadə” mövzusunda onlayn Elmi Seminar keçiriləcək.

Seminarda həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Mühəndis sistemləri və qurğularının tikintisi”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Enerji istehsalı texnologiyaları” və Azərbaycan Texniki Universitetinin “Enerji effektivliyi və yaşıl enerji texnologiyaları” kafedralarının da iştirakı nəzərdə tutulub.

Bu aktual mövzunun müzakirəsinə qoşulmaq üçün bütün hüquqi və fiziki şəxslər dəvətlidirlər.

Seminarda iştirak linki təqdim ediləcək.

Mənbə:http://adda.edu.az/