Yaponiyada zəlzələdən sonra sunami xəbərdarlığı ləğv edilib

262

Yaponiyanın Miyagi əyaləti yaxınlığında baş verən 7,2 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı tamamilə ləğv olunub.

Trend-in məlumatına görə, bu barədə Yaponiya Milli Meterologiya İdarəsi bildirib.

Bundan əvvəl meteoroloqlar 1 metr hündürlüyə qədər sunaminin olacağını proqnozlaşdırırdılar. Bununla əlaqədar olaraq sahilyanı Vatarı qəsəbəsində (Miyaqi prefekturası) təxminən 7 min sakinin təcili olaraq ictimai binalarda təchiz edilmiş evakuasiya mərkəzlərinə köçürülməsi tövsiyə edildi.

Zəlzələlərin episentri Miyaqi prefekturası yaxınlığında, ocağı isə 60 km dərinlikdə yerləşib.