Azərbaycan dünyanın Süveyş kanalından asılılığına son qoyacaq…

294

Dünyanın iqtisadi gündəmində son günlərdə yer alan əsas məsələlərədən biri də Süveyş kanalında ilişib qalan “Ever Given” adlı konteyner gəmisi ilə bağlıdır. Düzdür, son məlumatlara əsasən, kanalın dayaz yerində ilişib qalmış gəmi artıq sahədən çıxarılıb. Amma kanalın nə vaxt açılacağı hələ bəlli deyil.

Qeyd edək ki, “Ever Given” yük gəmisinin uzunluğu 400 metrdir. O, 224 min ton yükgötürmə gücünə malikdir. Gəmi Çindən Niderlanda doğru hərəkət edirmiş. Martın 24-də gəmi kanalın 151-ci kilometrliyində batmışdı. Elə bundan sonra Süveyş kanalı fəaliyyətini dayandırmalı oldu. Yük gəmisinin kanalın dayaz sulu hissəsində ilişib qalması dünya iqtisadiyyatına gündəlik 10 milyard dollar həcmində ziyan vurub. Bu barədə araşdırma aparan Almaniyanın “Allianz” sığorta şirkəti bəyan edib ki, gəminin kanalda ilişib qalması keçidin tam bağlanmasına səbəb olub və digər gəmilərin də yolunu bağlayıb. Asiyadan Avropaya dəniz vasitəsilə yükdaşıma tam dayanıb ki, bu da yük sahibi olan ölkələrlə birlikdə dünya iqtisadiyyatına 10 milyard ziyan vurub. Xatırladaq ki, Aralıq dənizi ilə Qırmızı dənizi birləşdirən Süveyş kanalı Avropa ilə Asiya arasında yerləşir. Onun uzunluğu 160 kilometr, eni 250 metr, dərinliyi isə 20 metrdir. Gündə kanaldan 50-yə yaxın gəmi keçir. Amma “Ever Given” gəmisinin Asiyadan Avropaya yük daşıyarkən Süveyş kanalında ilişib qalması bu nəqliyyat marşrutunun fəaliyyətini tamamilə dayandırıb, eyni zamanda alternativ xətləri gündəmə gətirib. Belə alternativ qismində ilk olaraq  “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin adı çəkilir. Xatırladaq ki, Azərbaycan ərazisindən də keçən bu beynəlxalq mahiyyətə malik olan nəqliyyat dəhlizi Cənub-Şərqi Asiya ilə Qərbi Avropanı birləşdirir. Bu dəhlizdən yüklər daha tez, daha ucuz və daha təhlükəsiz daşınar.

Bu dəhlizin tam formalaşması üçün çox az iş qalıb. Qəzvin-Rəşt-Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu xətti hazır olduqda Asiyadan yüklənən gəmilər Hind okeanını üzüb keçərək Süveyş kanalı vasitəsilə deyil, İranın Oman dənizindəki Çabahar və Fars körfəzindəki Bəndər Abbas limanları vasitəsilə Avropaya daşına bilər. Yaponiya da daxil olmaqla, Çin, İndoneziya, Hindistan və digər iri iqtisadiyyata malik dövlətlərin limanlarından çıxan gəmilər Çabahar və Bəndər Abbas limanlarına daxil olaraq yükləri qatarlara boşaldacaq. Yük qatarları isə Qəzvin-Rəşt-Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu xətti ilə Rusiya və Şərqi Avropaya çatdırılacaq. Mütəxəssislərin hesablamalarına görə, Asiyadan Avropaya yüklər “Şimal-Cənub” dəhlizi ilə daşınsa, 15 günə mənzil başına çatdırılacaq. Süveyş kanalı ilə isə yüklər Avropaya 1 ay müddətində çatdırılır. Eyni zamanda, yeni marşrutla daşımalarda nəqliyyat xərcləri azalır və yüklərin təhlükəsizliyi təmin olunur. “Şimal-Cənub” dəhlizinin əsas seqmenti olan Qəzvin-Rəşt-Astara (İran)–Astara (Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsi artıq 2 ildir ki, istismara verilib. Lakin yolun Rəşt-Astara hissəsində işlər davam edir. İranlaə Azərbaycan Süveyş kanalında baş verən insidenti nəzərə alıb,tez bir zamanda Rəşt-Astara dəmir yolu xəttini inşa edərək başa çatdırmalıdırlar.

Təsadüfi deyil ki, Hindistan Çabahar limanının yenidənqurulmasına bugünə kimi 200 milyon dollardan artıq sərmayə yatırıb. Liman iri yük gəmilərini qəbul etmək imkanındadır. Hazırda onun yükaşırma imkanı ildə 8 milyon tondur. Son məlumata əsasən, Hindistan Çabahar limanına qiyməti 7,5 milyon dollar dəyərində olan 2 ədəd 100 tonluq qaldırıcı kran gətirib. İranın Dənizçilik və Limanlar İdarəsinin rəisi Bəhruz Akayi bildirib ki, cari ilin sonuna kimi 3-cü kran da Çabahara gətiriləcək. Bu kranlar limana yan alan gəmilərdən konteynerləri vaqona və maşınlara yükləyəcək. Həmin kranlar Çabahar limanının yükaşırma gücünü artıracaq.

Ümumiyyətlə, müasir dünyada ticarət əlaqələrinin genişlənməsi uzaq məsafələrin yaxınlaşmasından daha çox asılıdır. Bugünə kimi Asiya ilə Avropanın arasında aparılan ticarət Süveyş kanalı vasitəsilə həyata keçirilirdi. Lakin Asiyadan çıxan yük gəmiləri,yuxarıda qeyd olunduğu kimi,1 ay müddətində Avropaya çatır və bir neçə dövlətin ərazisindən keçməklə dəfələrlə gömrük rüsumu ödəmək məcburiyyətində qalırdı. Bununla yanaşı, gəmilərin bəzi yerlərdə dəniz quldurlarına rast gəlməsi halları barədə də çoxsaylı faktlar var. Belə bir vəziyyətdə,nəqliyyat xərcləri ilə yanaşı, yüklərin təhlükəsiz çatdırılması da sual altına düşür. akin Asiyadan çıxan yüklərin Bəndər-Abbas və Hind okeanına çıxışı olan Oman dənizindəki Çabahar limanından Avropaya daşınması vaxta və nəqliyyat xərcinə qənaət etmiş olur. Daha dəqiq desək, Körfəz ölkələri Bəndər-Abbas, Cənub-Şərqi Asiya ölkələri isə Çabahar və gələcəkdə İranın yeni inşa edəcəyi liman vasitəsilə yükləri Avropaya daşıya biləcək. Bütün bu yüklər isə tranzit olaraq Azərbaycan ərazisindən keçməklə daşınacaq. Azərbaycan artıq böyük həcmdə yüklərinqəbul ediliyola salınsı üçün lazımı infrastruktur layihələri həyata keçirib. Bu kontekstdə  yenidənqurulmasından başlayaraq, Bakı-Astara-İran magistral yolu, Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xəttini qeyd etmək olar. “Şimal-Cənub”un işə düşməsi isə, öz növbəsində, Asiya ilə Avropa arasındakı ticarət dövriyyəsinin artmasına və daha çox yük daşınmasına səbəb olacaq. Bütün yüklər isə tranzit olaraq Azərbaycan ərazisindən daşınacaq ki, bu da büdcəyə valyuta daxilolmalarını artıracaq. Qeyd edək ki, Cənub-Şərqi Asiya ölkələrindən Avropaya və əks istiqamətə göndərilən yüklər Çabahar limanına daxil olacaq. Buradan isə “Şimal-Cənub” dəhlizi ilə Avropaya daşınacaq.

Ramil QULİYEV