ASCO-da qrafikə uyğun olaraq dezinfeksiya işləri davam edir

53

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Dağıstan”, “Qarabağ”, “Mərdəkan”, “Türkan”, “Şamaxı”, “Atlet-2”, “MPK-470”, “Ramiz Haciyev”, “General Əsədov”, “Ağdam”, “Şahdağ”, “Məmməd Süleymanov”, “Bunkerovşik-7”, “Ulduz”, “Nerça”, “Ulluçay”, “PS-173”, “PSK-33”, “Qaradağ-7”, “Turan”, “Üfüq” gəmilərində,  061 saylı üzən emalatxanada, “Neptun” üzən tərsanəsində, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun yeməkxanasında, Dəniz Nəqliyyatı Donanmasında aparılıb.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.