Dünya bazarlarında təbii qazın qiyməti cüzi azalıb

261

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

“APA-Economics”in məlumatına görə, mayda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,004% azalaraq 2,65 ABŞ dolları təşkil edib.