UECC-in ilk hibrid avtomobil daşıyan gəmisi istifadəyə verilib

213

“United European Car Carriers” (UECC) şirkəti ilk hibrid avtomobil daşıyan gəmisini istismara qəbul edib.

“Seanews.az” xəbər verir ki, üzən vasitə “Battery Hybrid LNG Solution” sistemi ilə təchiz edilib. Bu sistem gəmiyə həm LNG, həm də akkumulyator qurğusu ilə hərəkət etməyə imkan verəcək.

Hazırda Çinin iki gəmiqayırma zavodunda UECC-in sifarişi ilə bu tipli daha iki avtomobil daşıyan gəmi inşa edilir. Bu gəmilər 2023-cü ildə istismara veriləcək. Bundan başqa, LNG ilə çalışan daha 5 gəminin inşası da planlaşdırılır.

UECC yeni eko-sistem vasitəsilə 2030-cu ilə qədər qaz tullantılarını 40%-ə qədər azaltmağı planlaşdırır.