İndoneziyanın sualtı qayığının axtarışında Avstraliya gəmiləri də iştirak edəcək

63

İndoneziyanın itkin düşmüş sualtı qayığının axtarışında Avstraliya gəmiləri də iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Avstraliyanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumat deyilir: “Avstraliya hərbi-dəniz qüvvələrinin “Ballarat” və “Sirius” gəmiləri İndoneziyanın itkin düşmüş “KRI Nanggala 402” sualtı qayığının axtarış zonasına göndərilib. Avstraliya gəmiləri axtarış zonasını genişləndirə və axtarış işlərinin müddətini uzada bilər”.

Bildirilir ki, hidrolokator və helikopterlə təchiz edilmiş “Ballarat” freqatı artıq günün sonunda axtarış əməliyyatlarına qatılacaq. Bruney sahillərində olan “Sirius” yardımçı gəmisi isə Bali sahillərinə aprelin 27-də səhər çatacaq.

Xatırladaq ki, sualtı qayıq İndoneziya hərbi dəniz qüvvələri ilə əlaqəni bu qayıq aprelin 21-də hərbi təlimlərdə iştirak etmək üçün suyun altına endikdən sonra itirib. Qayığın təqribən 600-700 metr dərinlikdə batdığı güman olunur. Qayıqdakı oksigen ehtiyatı 53 nəfərlik heyətə aprelin 24-dək kifayət edə bilər.

İlkin məlumatlara görə, Bali adasının şimalından təqribən 90 kilometr məsafədə yerləşir. Bu ərəfədə İndoneziya Müdafiə Nazirliyi qayığın itdiyi ərazidə neft ləkəsi aşkar edib. Hazırda axtarış-xilasetmə əməliyyatında İndoneziyanın 20-dək, həmçinin Sinqamur hərbi–dəniz qüvvələrinin bir gəmisi iştirak edir.

Almaniya istehsalı olan “KRI Nanggala 402” sualtı qayığı döyüş torpedaları ilə atəş açmağa hazırlaşırmış. Lakin suyun altına endikdən sonra qayıqla əlaqə kəsilib.

Bir neçə ölkə, o cümlədən Rusiya, Almaniya, Hindistan və ABŞ-da axtarış əməliyyatlarına yardım təklif edib.