Volqanın şimal darvazaları açılıb

245

Qorodetski hidroelektrik kompleksinin yuxarı hissəsində Volqa çayı naviqasiyasının açılışı olub.

“Seanews.az” xəbər verir ki, Rusiya Federasiyasının Nəqliyyat naziri videoformatda keçirilən konfrans zamanı açılışı rəsmi elan edib.

Artıq 66 ildir,  istismar edilən çay naviqasiya yolu 2001-2020-ci illər ərzində bir neçə dəfə əsaslı təmir olunub. Cari ildə aparılan işlərin böyük hissəsi isə kompleksin heyəti tərəfindən icra edilib.

Aprelin 1-dən “Nijnyaya Volqa” istismara verilib. 22 apreldən Volqa hövzəsində 99 donanmaya məxsus gəmi hərəkət edir. Naviqasiya başlayandan bəri 690 üzüş qeydə alınıb.