Rusiya xarici gəmilər üçün Qara dənizə girişi bağladı

55

Rusiya xarici gəmilər üçün Qara dənizə girişi bağladı

Rusiya Qara dənizin üç bölgəsindən keçidi bağlayıb.

Mk.ru xəbər verir ki, məhdudiyyət 31 oktyabr tarixinədək qüvvədə olacaq.

Bağlanmanın Kerç boğazına təsiri olmayacaq. Oradan bütün gəmilər maneəsiz keçəcəklər. Məhdudiyyətlər Rusiya Federasiyasının ərazi sularında olan rayonlarda tətbiq ediləcək.

Ukrayna Xarici İşlər Nazirliyi artıq qərarla əlaqədar Moskvaya etiraz bildirib. Kiyev hesab edir ki, Moskva qəsdən bölgədəki gəmiçiliyə mane olur.