Türkiyədən Qırğızıstana göndərilən tibbi yardım Bakıya çatıb (FOTO)

236

Türkiyədən Qırğızıstan Respublikasına göndərilən tibbi texnikalar Bakıya çatıb.

Bu barədə Trend-ə Bakı Limanından bildiriblər. Qeyd olunub ki, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən yardım məqsədilə Türkiyədən Qırğızıstan Respublikasına göndərilən tibbi texnikalar, hazırda Bakı Limanı ərazisindədir:

“Sayı 10 ədəd olan bu nəqliyyat vasitələri, bərələrə yüklənərək Qazaxıstana göndərilir və oradan da Qırğzıstana keçəcək”.