Banqladeşin mərkəzi hissəsində çayda qayığın barja ilə toqquşması nəticəsində azı 25 nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə polisə istinadən “Agence France-Presse” bildirib.
Faciə Şibçar şəhəri yaxınlığındakı Padma çayında olub. “Biz beş insanı xilas etdik və iyirmi beş meyit aşkarladıq”, – yerli polisin rəhbəri Miraz Hüseyn hadisəni şərh edərkən deyib.