Banqladeşdə barja ilə qayığın toqquşması zamanı 25 nəfər həlak olub

211

Banqladeşin mərkəzi hissəsində çayda qayığın barja ilə toqquşması nəticəsində azı 25 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə polisə istinadən “Agence France-Presse” bildirib.

Faciə Şibçar şəhəri yaxınlığındakı Padma çayında olub. “Biz beş insanı xilas etdik və iyirmi beş meyit aşkarladıq”, – yerli polisin rəhbəri Miraz Hüseyn hadisəni şərh edərkən deyib.