Rusiyanın Tuapse şəhərinin sahilində neft tərkibli maye Qara dənizə axıb. Hadisə ilə əlaqədar şəhərdə yüksək hazırlıq rejimi elan edilib.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
Məlumata görə, neft tərkibli maye sahilin 800 metrliyindəki dərinsulu kanalizasiya kollektorundan axıb.
Hazırda akvatoriyada və sızıntının qeydə alındığı yerin yaxınlığında fövqəladə hadisənin nəticələri aradan qaldırılmağa çalışılır.
https://baku.tv/az/dunyaa/38634/