Bu şirkətlər işçi yığır: əmək haqqı 500 – 1500 manat – 16 VAKANSİYA

72

VAKANSİYA 1

“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.

Hal-hazırda “FİNCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı daxili və xarici müştərilərə hüquq xidmətinin göstərilməsi işinin daha da təkmilləşdirilməsi eləcə də, fəaliyyət şəbəkəsinin böyüməsi, yeni filial və ofislərin yaradılmasına ilə əlaqədar olaraq artan zərurətin təmin edilməsi məqsədi ilə BAŞ OFİS üçün KİÇİK HÜQUQŞÜNAS vəzifəsinə müvafiq təcrübəyə, bacarığa və qabiliyyətə malik işçi axtarır.

“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

Əsas vəzifə və öhdəliklər:

• Təşkilatdaxili hüquqi sənədləşmə işlərində, hüquqi rəylərin verilməsində, əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsində, müxtəlif növ müqavilələrin, ərizələrin, məktubların və digər hüquqi sənədlərin hazırlanmasında və ya nəzərdən keçirilməsində, o cümlədən Hüquqşünaslar tərəfindən icra edilən digər işlərin icrasında Hüquqşünaslara köməklik göstərmək;
• Təşkilatın tərəf olduğu mübahisələr üzrə iddia ərizələrinin, şikayətlərin, vəsatətlərin və digər məhkəmə sənədlərinin hazırlamasında və məhkəmə işinin aparılmasında hüquqşünaslara köməklik etmək;
• Rəhbəri tərəfindən qoyulan digər müvafiq tapşırıqları tələb edilən qaydada icra etmək.

Tələblər:

• Hüquqşünaslıq və ya digər analojı ixtisaslar üzrə üzrə bakalavr dərəcəsi;
• İş təcrübəsi tələb edilmir;
• Mülki, xüsusi ilə bank sahəsi üzrə qanunvericiliyi bilmək;
• Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq;
• Rus və ya İngilis dilində orta danışıq və yazı qabiliyyətinə malik olmaq üstünlükdür;
• Regionlara səfər etmək imkanına malik olmaq;
• MS Office proqramlarını yaxşı bilmək;
• Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 05 iyul 2021ci il tarixdən gec olmamaq şərtilə [email protected] electron ünvanına Subject/Mövzu hissəsində Kiçik Hüquqşünas qeyd etməklə göndərə bilərsiniz.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

VAKANSİYA 2

Şirkətin adı: BERC GROUP MMC

Vakansiya: Baş mühasib
İş yeri: Bakı
Əmək haqqı: 1500 manat
Son tarix : 30.06.2021
E-poçt: [email protected]
Sayt: www.bercgroup.az
Tel: +994 12 555 14 85, +994 50 555 14 85

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu,Tbilisi prospekti ,3007-ci məhəllə,44C

İş barədə məlumat:

– Mühasibat və vergi uçotu qaydalarını rəhbər tutaraq uçotun aparılmasını təşkil etmək;
– Müəssisə (istehsal müəssisəsi) tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin 1C proqramında) düzgün əks etdirilməsini təmin etmək;
– Vergi, statistika və DSMF hesabatların hazırlanması və göndərilməsi;
– Bəyannamələrin hazırlanması və göndərilməsi;
– Şöbənin və şöbənin xidmət göstərdiyi müştərilərlə işin təşkili və idarə edilməsi;
– Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
– Maliyyə hesabatların tərtib edilməsi
– Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
– E-portal proqramı ilə işləmək bacarığının olması.

Tələblər:

– Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil
– Analoji sahə üzrə 3 il və ya daha çox iş təcrübəsi;
– Yaş: 25-45 yaş;
– 1C/8.3 proqramı yüksək səviyyədə bilmək;
– MS Office (Word, Excel) yüksək səviyyədə bilmək
– Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
– Problemləri həll etmə, vəzifə öhdəliklərini tam və vaxtında icra etmək bacarığı olmalıdır;

İş şəraiti:

– AR-nın Əmək Məcəlləsinə əsasən sənədləşdirmə
– İş qrafiki: Həftənin 5 günü
– Əmək haqqı: 1500 manat

Qeyd: Namizədin bilik və bacarıqlarına, həmçinin ixtisaslaşma dərəcəsinə əsasən əmək haqqı qarşılıqlı razılaşma əsasında 20%-ə dək dəyişiklik edilməklə razılaşdırıla bilər.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Baş mühasib” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

VAKANSİYA 3

Şirkətin adı: BERC GROUP MMC

Vakansiya: Aparıcı mühasib
İş yeri: Bakı
Əmək haqqı: 1200 manat
Son tarix : 30.06.2021
E-poçt: [email protected]
Sayt: www.bercgroup.az
Tel: +994 12 555 14 85, +994 50 555 14 85
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu,Tbilisi prospekti ,3007-ci məhəllə,44C

İş barədə məlumat:

– Mühasibat və vergi uçotu qaydalarını rəhbər tutaraq uçotun aparılması;
– Müəssisə (istehsal müəssisəsi) tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin 1C proqramında) düzgün əks etdirilməsi;
– Vergi, statistika və DSMF hesabatların hazırlanması və göndərilməsi;
– Bəyannamələrin hazırlanması və göndərilməsi;
– Şöbənin xidmət göstərdiyi müştərilərlə işin təşkili;
– Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması;
– Maliyyə hesabatların tərtib edilməsi;
– Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
– E-portal proqramı ilə işləmək bacarığının olması.

Tələblər:

– Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil
– Analoji sahə üzrə 3 il və ya daha çox iş təcrübəsi;
– Yaş: 25-35 yaş;
– 1C/8.3 proqramı yüksək səviyyədə bilmək;
– MS Office (Word, Excel) yüksək səviyyədə bilmək
– Azərbaycan Respublikasının Vergi Məcəlləsini yaxşı səviyyədə bilmək;
– Problemləri həll etmə, vəzifə öhdəliklərini tam və vaxtında icra etmək bacarığı olmalıdır;

İş şəraiti:

– AR-nın Əmək Məcəlləsinə əsasən sənədləşdirmə
– İş qrafiki: Həftənin 5 günü
– Əmək haqqı: 1200 manat

Qeyd: Namizədin bilik və bacarıqlarına, həmçinin ixtisaslaşma dərəcəsinə əsasən əmək haqqı qarşılıqlı razılaşma əsasında 20%-ə dək dəyişiklik edilməklə razılaşdırıla bilər.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Aparıcı mühasib” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

VAKANSİYA 4

A+CO” ASC– şirkəti Quba filialına “Anbardar” vəzifəsi üzrə işçi axtarışı elan edir.

Tələblər:

• Yaş: 25-40;
• Cins: Yalnız kişi namizədlər;
• Operativ;
• Kollektivle işləmə bacarığı olan;
• MS Office (MS Excel,Word) proqram bilikləri;
• Logo Tiger 3 Enterprise proqram bilikləri;
• Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;

Vəzifə öhdəlikləri:

• Hazır məhsulun saxlanması
• Əsas vəsaitin qəbul edilməsi və saxlanması
• Anbarın nizam-intizam qaydalarına riayət edilməsinə nəzarət etmək
• Sayım nəticələrinin qiymətləndirilməsi, təsdiqlədilməsi və sistemdə müvafiq əməliyyatların aparılması;
• Aylıq anbar sayımının nəticəsinə əsasən hesabatın tərtib olunması, hesabatın Anbarların idarəedilməsi üzrə rəhbərə göndərmək.
• Birbaşa rəhbərinin aidiyyatı tapşırıqlarının yerinə yetirilməsi.

İş şəraiti:

• İş yeri: Quba rayonu,Əzizbəyov küçəsi (Yay şadlıq sarıyı ilə üzbə üz)
• 6/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Anbardar” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

VAKANSİYA 5

Financial Chain Corporation LLC

HR mütəxəssis

Tələblər:

– Az/Rus dili mükəmməl, İngilis dili orta səviyyə
– Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək;
– Əmək qanunvericiliyində istifadə edilən saytlarda iş
– 1C proqramı
– Korporativ ünsiyyət və yazışma
– Kargüzarlıq
– E-gov Elektron Hökumət Portalında işləyə bilmək;
– Microsoft Office (Word, Excel, Power Point) proqramlarında sərbəst işləmək;
– Ünsiyyət qurma bacarığı;
– Problemləri həll etmə bacarığı;
– Detallara xüsusi diqqətlilik;
– Stressə davavamlı.

Vəzifələr:

– Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilmə, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işləmək, sosial sığorta kartlarının açmasını təmin etmək;
– İşçilərin şəxsi işlərini formalaşdırmaq qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
– Əmək kitabçalarında qeydlər aparmaqla qeydiyyatını aparmaq;
– Məzuniyyətlərin verilməsi uçotunu aparmaq və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
– İş vaxtının rejiminə riayyət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və ayın sonunda tam məlumatı təqdim etmə

İş şəraiti:

– Əmək müqaviləsinin müddəti: 3 ay sınaq müddəti.
– Həftədə 5 iş günü.

Ə/h 500 AZN

Müraciət etdiyiniz vəzifənin [email protected] ünvanına mövzu hissəsində (HR mütəxəssis) göstərin. Əks təqdirdə belə müraciətlərin namizədliyinə baxılmayacaq.

VAKANSİYA 6

Ricon MMC

Satınalma üzrə Mütəxəssis

Vəzifə öhdəlikləri

• Satınalma sifarişlərinin qəbulu və təmin olunması;
• Tələb olunan mallar üzrə sifarişlərin hazırlanması;
• Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması;
• Şirkəti mal-material, xammal və avadanlıqlarla təmin edilməsi;
• Təchizatçı tərəflərlə işgüzar yazışma və danışıqların aparılması;
• Müqavilələrin hazırlanması və nəzarətdə saxlanılması, müqavilədə-kommersiya şərtlərinin müəyyən olunmasına nəzarət olunması;
• Struktur daxili müfaviq hesabatların hazırlanması.

Səriştə və bacarıqlar:

• Satınalmalar üzrə mütəxəssis qismində tikinti və ya istehsalat sahəsində təcrübəsi olmalı
• Təchizat zəncirinin idarə edilməsi və logistika sahəsində biliklərə sahib olmalı;
• Təchizatçıların axtarışı və idarəedilməsi üsulları ilə tanışlıq;
• Güclü təşkilatçılıq bacarığı;
• Analitik düşüncə;
• Bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması;

Təhsil və iş təcrübəsi:

• Təhsil : Ali
• İş təcrübəsi : Analoji sahə üzrə azı 3 il (Tikinti sektorunda)
• Dil bilikləri : Rus dili
• Kompüter bilikləri: MS Office

Bizim iş şərtləri :

• İş qrafiki : 5 gün
• İş saatları: 09:00-18:00;
• İş yeri : Çinar plaza;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma üzrə Mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

VAKANSİYA 7

PASHA Insurance

“PAŞA Sığorta” ASC namizədləri “İR Əməliyyatları üzrə baş mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• İşə qəbul edilən işçiləri qanunvericiliyə uyğun rəsmiləşdirmək
• İşçi sənəd və qovluqlarının bütovlüyünə və səliqəsinə nəzarət
• İşçilərin sınaq müddəti müddətlərini izləmək və düzgün rəsmiləşdirməni təmin etmək
• İR əməliyyatlarının vaxtında və doğru elektron portallarda qeydlərin aparılmasına nəzarət etmək
• Məzuniyyət planlaması etmək və icrasına nəzarət etmək
• Məzuniyyət rəsmiləşdirilməsinin qanunvericiliyə uyğun tənzim və təşkili etmək
• Əmək haqqının düzgün hesablanması və ödənilməsini təşkil etmək və nəzarət etmək
• Ezamiyyə prosesini və sənədləşdirilməsi düzgün təşkil etmək
• Əmək və icra intizam hadisələrinin düzgün rəsmiləşdirilməsini təmin etmək
• İşdən çıxan işçilərin düzgün rəsmiləşdirmək
• Əmək qanunvericiliyi çərçivəsində risk və cərimə yaranacaq halların aradan qaldırılmasına üçün daimi prosesləri izləmək və adddımlar atmaq
• İR əməliyyatlarının şirkət daxili və digər proqram təminatlarında mütəmadı vaxtında qeydləri aparmaq
• İR əməliyyatları proseslərinin daim inkişaf etidirilməsi üçün təkliflər vermək

TƏLƏBLƏR:

• Təhsil: (Biznes, İqtisadiyyat, İdarəetmə sahəsində ali təhsil);
• Təcrübə: Analoji sahədə minimum 5 il təcrübə;
• Sertifikasiya: İR sahəsində hər hansı bir sertifikasiyaların olması arzuolunandır.

SƏRİŞTƏLƏR:

Texniki
• Dil bilikləri yazılı və şifahi Azərbaycan, ingilis və rus dillərini yaxşı bilmə;
• Kompyuter bilikləri yüksək səviyyədə microsoft office proqramından istifadə etmək;
• Əmək qanunvericiliyi, Ümumi İnsan Resursları haqqında biliklərə malik və Elektron portallarda işləmə bacarığı olan namizədlərə üstünlük veriləcək.

Davranış
• Ünsiyyət
• Nəticə yönümlü
• Punktuallıq
• Məsuliyyətlik
• Detallara diqqət

Son müraciət tarixi: 25 iyun 2021.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] e-mail ünvanına göndərin.

VAKANSİYA 8

GerLift Group LLC

“ We are strong together”

Satış meneceri

İş barədə məlumat

• Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi, müştəri bazasının formalaşdırılması və potensial müştərilərlə işgüzar əlaqələrin qurulması;
• Şirkətin məhsullarına dair tanıtımlar etmək, müştərilərə müəssisə, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması;
• Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
• Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, qarşıya qoyulan hədəflərin və satış planının yerinə yetirilməsi;
• Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
• Əmək haqqı: 900-1000 AZN (Satış həcmindən yüksək bonus);
• İş qrafiki: 09:00 – 18:00;
• İstirahət günü – Bazar günü

Namizədə tələblər

• Ali təhsil;
• Dil bilikləri: Azərbaycan dili, Rus dili və İngilis dili biliyi arzuolunandır;
• Marketinq və satış sahəsində 3-5 il iş təcrübəsi;
• İnşaat avadanlıqları, lift və avtomatik qapıların satışı sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir;
• Mc. Office proqramlarını yaxşı şəkildə bilmək ;
• Müştərilərlə konsultasiya və satışın reallaşdırılması bacarığı;
• Güclü ünsiyyət və danışıq aparmaq qabiliyyəti ;
• Müştərilərə malı təqdim etmək bacarığı;
• Müştəri portfelinin olması;
• Satış işinin qurulması bacarığı;
• Məsuliyyət,dinamiklik;
• Sürücülük vəsiqəsinin olması;
• Şəxsi avtomobilin olması;
• Yaş həddi : 25-35

www.gerlift.az

Maraqlanan namizədlərdən öz CV-lərini [email protected] poçt ünvanına, mövzu bölməsində satış meneceri yazmaqla göndərmələri xahiş olunur.

QEYD: Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.

VAKANSİYA 9

AS Group Investment LLC

Müəssisənin adı: “Fresh Logistics” MMC
Vəzifə: İnsan Resursları Departamentinin Kadrlar üzrə Aparıcı Mütəxəssisi

Vəzifə öhdəlikləri:

• Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, vəzifə dəyişiklikləri, işdən azad edilməsi, müavinətlər, xəstəlik vərəqələri və s. sənədlərinin rəsmiləşdirilməsi;
• Əmək kitabçalarının əmrlər əsasında doldurulması və işçilərin şəxsi işlərinin formalaşdırılması, qeydiyyatının aparılması və tələb olunan dəyişikliklərin edilməsi;
• İşçilərin məzuniyyət qrafiklərinin tərtib edilməsi, verilən məzuniyyətlərin uçotunun aparılması və məzuniyyətlərin qrafik üzrə istifadə edilməsinə nəzarət edilməsi;
• Kadrlar üzrə hesabatlılığın aparılması və aidiyyatı hesabatların müəyyən edilmiş vaxtlarda tələb olunan yerə təqdim edilməsi;
• Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi;
• Kargüzarlıq qaydalarına əsasən sənədlərin qeydiyyatının və saxlanılmasının təşkil edilməsi.

Tələb olunan göstəricilər:

• Ali təhsil;
• Sahə üzrə ən azı 2 illik iş təcrübəsi;
• Əmək qanunvericiliyi üzrə yüksək biliklər;
• Əla səviyyədə Azərbaycan dili biliyi;
• MS Office proqramları (Excel bilikləri yüksək olmaqla) üzrə biliklər;
• Yüksək səviyyədə yazılı və şifahi üsnsiyyətqurma bacarığı;
• Detallara qarşı diqqətlilik, məsuliyyətlilik;
• Kargüzarlıq qaydaları üzrə bilik və təcrübənin olması.

İş şəraiti barədə məlumat:

• İş rejimi: həftənin I – V günləri saat 9:00-dan 18:00-dək.
• İş yeri: Suraxanı rayonu, Hövsan qəsəbəsi
• Nəqliyyat: Gediş-gəliş üçün nəqliyyat vasitəsi şirkət tərəfindən (servis avtobusu) təmin edilir

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını – “Kadrlar üzrə Aparıcı Mütəxəssis”, qeyd etməklə CV formalarını [email protected] mail ünvanına göndərə bilərlər.

VAKANSİYA 10

Grand-Agro LLC

Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.

Vakansiya – Data Analitikası üzrə Kiçik Mütəxəssis

Vəzifə öhdəlikləri

– Sahə işçiləri tərəfindən həyata keçirilən “Farm ERP” proqram təminatına məlumat daxil etmə prosesinin optimallaşdırılması
– “Farm ERP” proqram təminatına daxil edilmiş məlumatlardakı səhvlərin aradan qaldırılması üçün sahə işçiləri ilə birgə işləmək
– Sahə işçilərin fəaliyyət nəticələrinin qiymətləndirilməsi prosesində “Farm ERP” proqram məlumatlarından istifadə edilməsi və prosesin avtomatlaşdırılmasında iştirak
– Daxil edilmiş məlumatların statistik metodlardan istifadə edərək nəticələri təhlil edilməsində iştirak
– Məlumat bazasında olan müxtəlif tip məlumatların qrafik və diaqramlar vasitəsilə vizuallaşdırılmasında iştirak
– Toplanmış məlumatlar üzrə aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsində iştirak

Tələblər

• Ali təhsil
• Azərbaycan Dili ana dili ,İngilis dili yaxşı səviyyədə
• Analitik düşüncə qabiliyyəti;
• Komanda şəklində işləmə bacarığı;
• Proqnoz və nəticələrin effektiv vizuallaşdırılması üzrə biliklər
• Yüksək səviyyədə “MS Excel” biliyi;
• Power BI və digər analitik tool-larla işləmək bacarığı üstünlükdür

İş şəraiti

– İş yeri – Türkan əməliyyat ofisi
– İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək
– Nahar Şirkət tərəfindən verilir, Sınaq müddətindən sonra ailə üzvləri daxil tibbi sığorta
– Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Data Analitikası üzrə Kiçik Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

VAKANSİYA 11

 iTech Group

Marketinq üzrə mütəxəssis

Tələblər:

– Təhsil: Ali
– Dil bilikləri: Azərbaycan və Rus dili mütləqdir, Ingilis dili arzuolunandır
– Marketinq sahəsində 2 ildən artıq iş təcrübəsi mütləqdir.

İş barədə məlumat:

– Şirkətin marketinq planlaşdırılması və həyata keçirilən işlərin hesabatların hazırlanması
– Bazarın araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi
– Şirkətin yeni və mövcud layihələr üzrə marketinq strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi
– Reklam və tanıtım ehtiyaclarının təyin edilməsi ( bütün çap materiallarının sifarişi və nəzarətin həyata keçirilməsi , reklamların və digər aktivliklərin sifarişinə, hazırlanmasına nəzarət edilməsi)
– Promoaksiyalarını və marketinq aksiyaların hazırlanması
– Vendorlarlar ilə marketing sahəsində aktiv calışmaq
– Sərgilərdə şirkətin təmsili üçün stend və digər aktivlikləri həyata keçirmək
– Sosial şəbəkələrdə və saytda carı aksiyalara dair bannerlərin və postların yerləşdirilməsinə nəzarət etmək
– Sosial şəbəkələrdə aksiyaların keçirilməsinə dair büdcənin müəyyənləşdirilməsi, büdcə xərcləri hesabatının aparılması
– Partyonlar ilə birlikdə aksiyaların hazırlanması
– Lazım olan prezentasiyaların və dizaynların hazırlanması və ya hazırlanmasına nəzarət
– Rəhbərliyin digər tapşırıqlarının həyata keçirilməsi
– Şirkətin PR və tanıtım məqsədli məlumatlarını müxtəlif dərc materiallarında yerləşdirmək

İş şəraiti:

– Ofis-şəhərin mərkəzində yerləşir
– 5 günlük iş qrafikı, 09:00 – 18:00
– Nahar fasiləsi 1 saat
– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– Ə/H: 800-1200 AZN

Vakansiya ilə maraqlanan şəxslərdən şəkilli CV-lərini mövzu yerinə “Marketinq üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

VAKANSİYA 12

 AS Group Investment LLC

Vəzifə: Mühasib

Vəzifə öhdəlikləri:

• Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət etmək;
• Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək;
• Pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, mal-material uçotunu, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
• Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək;
• Rəsmi dövlət orqanları ilə hesablaşmalar;
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
• Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
• Banklara ssudalar üzrə borcların müəyyən olunan vaxt ərzində verilməsinə nəzarət etmək;
• Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb, mühasibatlıq proqramına daxil olunmasına nəzarət etmək;
• Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etmək;
• Fəaliyyəti ilə əlaqədar digər strukturlarla əlaqələndirməni təşkil etmək.

Vəzifə üzrə tələblər:

• Maliyyə mühasibatlıq sahəsi üzrə ali təhsil;
• Keytrinq, restoran və qida tədarükü sahəsində olmaqla, ən azı 2 illik iş təcrübəsi olanlara üstünlük verilir. Digər fəaliyyət sahələrində təcrübəsi olan namizədlər də dəyərləndiriləcəkdir;
• Uzun müddətli ölkədaxili ezamiyyə səfərlərinə hazır olmaq;
• Sahə üzrə qanunvericiliyin bütün tələblərini (xüsusilə vergi sistemini) bilmək;
• Milli mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək;
• Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
• MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
• Mühasibatlıq proqramında işləmək bacarıqları 1c (8.3).

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını – “Mühasib”, qeyd etməklə CV formalarını [email protected] mail ünvanına göndərə bilərlər.

VAKANSİYA 13

TBC Kredit – Azərbaycan bazarında 1999-cu ildən uğurlu fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Təşkilat müxtəlif növ kreditlərin verilməsi sahəsində böyük təcrübəyə malikdir.

Hazırda TBC Kredit BOKT Kredit risklərinin idarə edilməsi üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir. 

Öhdəliklər:

• ARMB-nın tələblərinə, habelə beynəlxalq maliyyə standartlarına (İFRS) uyğun olaraq Təşkilatın kredit portfeli üzrə ehtiyatların hesablanması, gələcək üçün vacib olan ehtiyatların səviyyəsinin proqnozlaşdırması;
• Struktur bölmələri ilə birgə kredit portfelinin stress-sınaq sahəsində işin aparılması, aşkar edilmiş risklərin azaldılması məqsədilə təkliflərin verilməsi;
• Risklərin modelləşdirməsi və portfellərin hərəkətinin proqnozlaşdırması;
• Risklərin idarə edilməsinin avtomatlaşdırılması prosesinin təşkil edilməsi;
• Təşkilatda mövcud olan metodologiya və əsasnamələr əsasında kredit riskləri üzrə aylıq/rüblük/illik hesabatların və təqdimatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Tələblər:

Təhsil: İqtisadiyyat, Maliyyə və ya digər oxşar sahələr üzrə ali təhsil.
İş təcrübəsi: Müvafiq sahədə iş təcrübəsinin olması arzuolunandır.

Dil bilikləri: Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilməsi vacibdir.

Kompüter bilikləri:

– Microsoft Office (Excel və Power Point proqramlarını yüksək səviyyədə bilməli);
– Statistik proqramları orta səviyyədə bilməsi məqsədəuyğundur.

Əlavə bacarıqlar:

– Ekonometrika və Statistika üzrə biliklərin olması məqsədəuyğundur;
– Yüksək dərəcədə analitik qabiliyyət;
– Komandada işləmək və qərarlar qəbul etmək bacarığı;
– Ünsiyyət qura bilmək bacarığı;
– Təşəbbüskarlılıq;
– Stresə davamlılıq.

Xahiş olunur ki, CV-ləri 3 iyul 2021-ci il tarixinədək e-mail ([email protected]) vasitəsilə təqdim edəsiniz.

E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Kredit risklərinin idarə edilməsi üzrə kiçik mütəxəssis / mütəxəssis). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

VAKANSİYA 14

“Aral Group MMC”-yə Satınalma mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Ə/h razılaşma yolu ilə.

Vəzifə öhdəlikləri:

• Satın alınan məhsulların/xidmətlərin planlaşdırılması (aylıq/illik) ;
• Tələb olunan məhsul/xidmət üzrə bazar araşdırmasının aparılması və analiz edilməsi;
• Tədarükçü şirkətlərlə danışıqların aparılması ;
• Tədarükçü şirkətlərin fəaliyyətlərinin analizinin aparılması ;
• Təqdim olunan qiymət təkliflərinin kommersiya analizinin edilməsi;
• Tədarükçü bazanın yaradılması və idarə edilməsi ;
• Satınalma prosesinin prosedurlara uyğun həyata keçirilməsi;
• Risklərin minimallaşdırması məqsədilə müqavilə şərtlərinin analizinin aparılması
• Şirkətdaxili xərclərin azaldılma siyasətinin həyata keçirilməsi;
• Müəyyən edilmiş müddətlərdə işlərin görülməsi ;
• Sənədləşdirmə işlərin həyata keçirilməsi.

Tələblər:

• Ali təhsilli;
• İnşaat sahəsində satınalma təcrübəsi – ən azı 3 il;
• Layihə çərçivəsində işləmək təcrübəsi;
• MS Ofis proqramlarında ,xüsusilə Excel(ERP və LOGO bilənə üstünlük veriləcək) peşəkar işləmə bacarığı;
• Azərbaycan, Türk və Rus dillərində sərbəst şəkildə danışmaq və yazmaq.
• Sürücülük vəsiqəsi (Maşını olana üstünlük veriləcək)

E-mail: [email protected]

VAKANSİYA 15

Италийский бутик “Isabel Garcia” объявляет набор кандидатов на вакансию – Торговый представитель.

Заработная плата – 600 АЗН (+ бонусы от продаж)

Описание работы

– Пол: Женский
– Выполнение стандартов обслуживания клиентов
– Прием и выкладка товара
– Поддержание чистоты и порядка (зал/склад)
– Работа с клиентской базой, создание и поддержание долгосрочных отношений с клиентами
– Высокий уровень мотивации!
– График работы сменный
– Выходной раз в неделю
– Оформление по трудовому законодательству АР, трудовая книжка
– Отпуск за счет компании
– Перспектива карьерного роста

Требования к кандидатам:

– Гражданство Азербайджанской Республики
– Знание азербайджанского и русского языков в совершенстве
– Желание работать и развиваться в области продаж
– Умение работать в команде
– Отличные коммуникативные способности
– Высокий уровень общения с клиентами

Кандидатуры, не соответствующие критериям этой должности, не соблюдающие вышеуказанных правил рассматриваться не будут.

CV высылать по адресу: [email protected]

Телефонный номер: +994507370177

VAKANSİYA 16

Bizim Kəndimiz

Vəzifə: Meyvə,tərəvəz və ət tədarükü üzrə satınalma mütəxəssisi
Vakansiya sayı: 1 nəfər

Öhdəliklər:

• Meyvə,tərəvəz və ət məhsulları (dana,quzu, kənd quşları) tədarükü sahəsində təcübəsi olmalı
• Meyvə və tərəvəz bazarı barədə məlumatlı olmaq
• İstehsalatdan gələn tələbləri analiz edə bilmək və müvafiq tədarükçülərin tapılması
• Lazım olduqda bölgələrə ezam getməli

Tələblər:

• Göstərilən vəzifə üzrə minimum 2 il təcrübə,
• Natamam ali təhsil (bakalavr)
• Satınalma prinsiplərini bilməli,
• Sürücülük vəsiqəsi – C kateqoriya
• Analitik düşünmə və problemləri həll etmə bacarığı.

İş şəraiti:

• Əmək haqqı: Razılaşma əsasında
• Korporativ nömrə ilə təmin olunma
• Ünvan: Heydər Əliyev pr 115

Müraciət üçün [email protected] adresinə CV-nizi göndərə bilərsiniz. CV-nizi göndərərkən mövzu yerinə “Meyvə,tərəvəz və ət tədarükü üzrə satınalma mütəxəssisi” qeyd etməyiniz vacibdir.

fed.az