Türkiyə Qara dənizdə yeni qaz yatağı aşkarlayıb

399

Türkiyə Qara dənizdə 135 milyard kubmetrdən çox qaz ehtiyatının olduğu yeni qaz yatağını aşkarlayıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Fatih” qazma gəmisi yeni “Amasra-1” yatağında həcmi 135 milyard kubmetrdən çox olan qaz yığını aşkarlayıb”, – Türkiyənin Qara dəniz sahilində Filios limanının açılışında çıxış edən Ərdoğan deyib.

Onun sözlərinə görə, beləliklə, keçən ilki kəşf nəticəsində Qara dəniz şelfində qazın ümumi ehtiyatları təxminən 500 milyard kubmetr təşkil edir. 2020-ci ilin avqustunda Ərdoğan Qara dənizdə “Sakarya” yatağında təxminən 320 milyard kubmetr ehtiyatların aşkar olunması haqqında bildirib.