“UECC” şirkəti ilk hibrid avtomobil daşıyan gəmisini istismara qəbul edib

220

“United European Car Carriers” (UECC) ilk hibrid avtomobil daşıyan gəmisini istismara qəbul edib. 

“Seanews.az” xəbər verir ki, yeni üzən vasitənin uzunluğu 196, eni 28 metrdir. 3600 avtomobil daşımaq qabiliyyətinə malik gəminin 10 göyərtəsi mövcuddur.

“Battery Hybrid LNG Solution” sistemi ilə təchiz edilmiş gəmi LNG və akkumulyator qurğusu ilə çalışır.

Şirkət 2023-cü ilə qədər donanmasını tam olaraq LNG ilə çalışan 5 ədəd gəmi ilə zənginləşdirəcək.