175 il əvvəl o zaman Rusiya imperatorluğunun tərkibinə daxil olan Bakı yaxınlığındakı Bibiheybət qəsəbəsində dünyanın ilk sənaye neft quyusu qazılıb.
Qazma işləri 1846-cı ilin yanvarında Zaqafqaziya Bölgəsinin Baş İdarəsinin üzvü Vasili Semyonovun təklifi ilə başlayıb. İyun ayına qədər iki quyu qazılıb ki, onlardan birində neft çıxıb. Həmin quyunun dərinliyi 21 metrdir.
Bu, dünyada ilk neft quyusu hesab olunur, çünki ABŞ-da ticari neft hasilatı başlamazdan 13 iləvvəl qazılıb.
Azərbaycan tarixçiləri bunun təsdiqini Rusiya arxivlərində tapıblar.
2017-ci ilin aprelində tarixi quyu Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bərpa edildi və ictimai baxış üçün açıldı.
oxu.az