İribuynuzlu mal-qara daşıyan köhnə gəmilər ətraf mühitə ziyan verir

293

İribuynuzlu mal-qara daşıyan gəmilər dünyanın ən təhlükəli gəmilərindən hesab edilir. Bu tip gəmilərin təqribən 40 yaşı var. Köhnə və sıradan çıxmış texnologiyaları olan bu gəmilər ətraf mühitə, daşınan heyvanlara və heyət üzvlərinə ciddi  zərər verir.

“Seanews.az” xəbər verir ki, mal-qara daşıyan gəmilərin böyük qismi qara siyahıya düşmüş ölkələr və şübhəli fəaliyyətlə məşğul olan şirkətlər tərəfindən istismar edilir.

Heyvanları Qoruma Fondunun hesabatında Avropa Birliyi tərəfindən təsdiqlənmiş 78 ədəd iribuynuzlu mal-qara daşıyan gəminin adı yer alıb. Bu gəmilərin yaşı 29-40 arasında dəyişir. Onların cəmi 5-i heyvanların daşınması üçün inşa edilib. Digər 73 gəmi isə konteyner gəmilərindən, bərələrdən və ya quru yük gəmilərindən ibarətdir. 

Paris Memorandumuna görə, heyvan daşıyan gəmilərin 55% -i risk və ya yüksək risk altında olan ölkələrə məxsusdur.