Mərmərə dənizində yaranan selik təbəqəsinin təmizlənməsi məqsədilə Türkiyədə elmi şura yaradılıb

304

Mərmərə dənizində yaranan selik təbəqəsinin araşdırılması və yaranan problemin aradan qaldırılması məqsədilə Türkiyədə elmi şura yaradılıb.

AZƏRTAC xəbər verir ki, şuranın tərkibində Türkiyənin müxtəlif universitetlərinin elmi-tədqiqat fakültələrindən 21 mütəxəssis fəaliyyət göstərəcək. Mərmərə dənizində aparılan təmizlənmə işləri qardaş ölkənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi tərəfindən hazırlanan 22 maddəlik bir hərəkət planı çərçivəsində aparılır.

Qeyd edək ki, Türkiyədə başladılan dəniz təmizləmə səfərbərliyi çərçivəsində bu günədək İstanbul, Kocaeli, Bursa, Tekirdağ, Balıkesir, Çanaqqala, Yalova olmaqla Mərmərə dənizindən ümumilikdə 5 min 738 kubmetr selik təmizlənib.