“BMW Group” şirkəti “yaşıl” texnologiyaya qoşulur

232

“BMW Group” qaz tullantılarının azaldılması məqsədilə istehsal etdiyi bütün növ nəqliyyat vasitələrində yeni “yaşıl” texnologiyanı tətbiq edəcək.

“Seanews.az” xəbər verir ki, şirkət 2030-cu ilə qədər qaz tullantılarının miqdarını ümumilikdə 80% azaltmağı planlaşdırır.

Məlumata görə, “BMW Group” tullantıların miqdarını 1995-ci ildən 2006-cı ilə qədər 2 dəfəyədək, 2006-cı ildən bugünə qədər isə 70% azaldıb.

Şirkət eyni zamanda ortaqları tərəfindən gəmilərdə alternativ yanacaqların istifadəsini əhatə edən “Lighthouse” layihəsini həyata keçirir.

Xatırladaq ki, BMW ilə UECC şirkəti 2020-ci ildə “Autosky” adlı avtomobil daşıyan gəmidə yeni bioyanacağı uğurla sınaqdan keçirmişdi.