“Chevron BTC Pipeline” Azərbaycandakı nümayəndəliyini bağlayır

207

“Chevron BTC Pipeline” şirkəti Azərbaycandakı nümayəndəliyinin ləğv edildiyini elan edib. Bu barədə “İnterfaks-Azərbaycan”” agentliyinə şirkətdən məlumat verilib.

““Chevron BTC Pipeline” şirkətinin ləğvi ilə əlaqədar kreditorların tələbləri iki ay ərzində Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 11, mənzil 28, 29, 30 ünvanında qəbul olunur”, – deyə məlumatda bildirilir.

Hazırda “Chevron” Azərbaycanda heç bir layihədə iştirak etmir.

Bundan əvvəl şirkət “Azəri”, “Çıraq” və “Dərinsulu Günəşli” yataqlarının işlənməsi və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri layihələrinin səhmdarı olub.

“Chevron” 4 noyabr 2019-cu il tarixində Macarıstanın MOL şirkəti ilə Azərbaycandakı aktivlərinin $1,57 milyarda satılması haqqında saziş imzalayıb. Söhbət AÇG layihəsindəki 9,57% və BTC layihəsindəki 8,9% payın satışından gedir. Sövdələşmə 2020-ci il aprelin 16-da başa çatdırılıb.

interfax