Denizxeber.az bildirir ki, bu fikirləri Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov Azərbaycan – İtaliya Biznes Forumunda deyib.
O bildirib ki, “Silk Way Airlines” ilə Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının və onun ətrafında müvafiq logistika infrastrukturunun yaradılması barədə razılıq əldə olunub:
“Bu layihə üçün Araz İqtisadi Zonasının səlahiyyətli qurumu 750 hektar ərazi ayrılıb. Hava limanının tikintisi 2027-ci ilin ortasından gec olmayaraq bitəcək və artıq gələn il beynəlxalq daşımalara açıq olacaq. İlkin mərhələdə bu hava limanın daşınma qabiliyyəti ildə 500 min ton olacaq və addım-addım bu 2 milyon tona qədər çatdırılacaq”.





