“GAS ATHENA” tankerində heyət maaşını ala bilmir

250

Hazırda BƏƏ-nin Korfakkan limanından 40 dəniz mil uzaqlıqda lövbərdə dayanan “GAS ATHENA” tankerində heyət maaşını ala bilmir. Gəmidə elə dənizçi var ki, işləsə də, 5 aydır əmək haqqı görməyib. Sonralar gələnlərin də maaşlarının ödənilməsində problemlər mövcuddur.

“Seanews.az”ın məlumata görə, 18 heyət üzvü olan gəmidə Rusiyadan olan kapitanı çıxmaq şərti ilə qalan 17 nəfər Ukrayna vətəndaşıdır.

Aylarla işləyib maaşlarını ala bilməyən heyət üzvlərinin bütün tələbləri hələ ki, şirkət tərəfindən cavabsız qalır.

Qeyd edək ki, gəmi Panama bayrağı altında üzür.