Dünya bazarlarında təbii qazın bahalaşması davam edir

196

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti yenidən artıb.

“APA-Economics”in məlumatına görə, avqustda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,42% artaraq 4,06 ABŞ dolları təşkil edib.