“İRS-Heritage” beynəlxalq jurnalın növbəti nömrəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyi barədə material dərc olunub.
““Suraxanı” – Dünyanın ilk tanker muzeyi” adlı məqalədə muzeyin yaranma zərurəti, unikallığı və fəaliyyəti haqqında geniş məlumat verilib. Muzeyin ekspozisiya zallarının hər biri haqqında ayrı-ayrılıqda ətraflı bəhs olunub. Bundan başqa, qeyd olunub ki, burada ən müasir texnoloji avadanlıqlardan istifadə edilməklə, bir sıra innovativ yenilikərə imza atılıb.
İngilisdilli oxucular üçün nəzərdə tutulmuş yazı foto materiallarla daha da zənginləşdirilib.
Məqalənin müəllifi tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovdur.
seanews.az