TRACECA-nın Azərbaycan hissəsində 17 milyon ton yük daşınıb

232

Cari ilin yanvar-may aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 17 milyon ton, yük dövriyyəsi isə 4 milyard 17,9 milyon ton-kilometr olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 9 milyon 501,6 min tonu və ya 55,8 faizi avtomobil nəqliyyatı, 5 milyon 568,6 min tonu və ya 32,7 faizi dəmir yolu nəqliyyatı, 1 milyon 954,6 min tonu və ya 11,5 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 23,4 faizini və ya 3 milyon 980,9 min tonunu tranzit yüklər təşkil edib.