Bu il Azərbaycan 14 mln ton neft ixrac edib

212

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan təxminən 14 mln ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin yanvar-iyun ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, bunun 13,3 mln tondan çoxu konsorsiumun, 738,7 min tonu isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşür.

Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq ayına nisbətən, təxminən 667 min ton, yəni 4,8 % azdır.