Gəmi sahibləri köhnə gəmilərlə “vidalaşmağa” tələsmirlər

46

Böyük tutumlu tankerlərin sahiblərini metal qırıntısı bazarına yönəltmək çətindir. Təkrar bazardakı cəlbedici qiymətlər iri tutumlu VLCC tankerlərin təkrar emal üçün satılmasını ləngidir. Gəmi sahibləri köhnə tankerlərini atmağa tələsmirlər.

“MarineLink” BIMCO-nun məlumatlarına istinadən bildirir ki, 2021-ci ilin yeddi ayında yalnız üç böyük tutumlu neft tankeri təkrar emal məqsədi ilə satılıb.

Bu üç gəmidən başqa, ilin əvvəlindən istismar müddəti bitmiş və üzən  anbar kimi istifadə olunan beş tanker də satılmışdır. Bununla belə, bu gəmilərin metal qırıntısı kimi satılması təklif balansına və yük nisbətlərinə təsir göstərməyib.

Bu il təkrar emal məqsədi ilə satılmış tankerlərin orta yaşı 22, üzən anbar kimi istifadə edilən gəmilərin yaşı isə 24 yaşı olub.

Hazırda xam neft daşıma bazarı zəif olmaqda davam edir. Bu, fraxt dərəcələrinin  tarixi minimuma enməsi ilə nəticələnib. Ancaq buna baxmayaraq, gəmi sahibləri yaşlı gəmiləri ilə “vidalaşmağa” tələsmirlər.

Banqladeş, Hindistan və Pakistandakı metal qırıntılarının yüksək qiymətləri fonunda köhnə gəmilərin silinməsi prosesi çox ləng gedir. Öz növbəsində, metal qırıntısının qiymətinin artması bütövlükdə poladın qiymətinin artmasına, eləcə də təkrar emal üçün təklif olunan gəmilərin  sayının azalmasına səbəb olub.

Yaşlı gəmilərin istismardan çıxarılması tempinin aşağı  dərəcəsi, təkrar bazarda köhnə gəmilərin cəlbedici qiymətləri ilə də izah edilir. “VesselsValue”-nin məmumatına görə, 2020-ci ildə 91 və  2021-ci ilin birinci yarısında 69 tankerin sahibi dəyişib. Müəyyən dərəcədə indi müşahidə olunanlar 2014-cü ilin dördüncü rübündən 2016-cı ilin birinci rübünə qədər neft tankerlərinə yüksək tələbatla müşahidə olan vəziyyətə bənzəyir. Bundan sonra, yalnız 2017-ci ilin üçüncü rübündə yaşlı tankerlərin silinməsində artım əlamətləri oldu”.

Bu ilin yanvar-iyul ayları ərzində böyük tutumlu neft tankerlərin təkrar emala verilməsinin aşağı səviyyəsi, yəqin kiməsə gözlənilməz görünür. BIMCO-nun gəmiçilik üzrə baş analitiki Peter Sand keçən il yükdaşıma dərəcələri aşağı olanda gəmi sahiblərinin artıq gəmilərini niyə ləğv etmədiklərini belə izah edir: “Bunun iki səbəbi var. Birincisi, keçən il tankerlərlə xam neft daşıyanların qazandıqları yüksək gəlirlər. İkincisi, təkrar bazarda köhnə tankerlərin satış qiymətləri metal qırıntısının rekord qiymətlərini belə üstələdiyindən, gəmi sahibləri tankerlərini təkrar emala göndərmək əvəzinə, onları ayaqda saxlamağa və əldən-ələ ötürməyə meyllidirlər.”

seanews.az