Dünya bazarlarında təbii qazın qiyməti azalıb

178

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

“APA-Economics”in məlumatına görə, sentyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,15 % azalaraq 3,934 ABŞ dolları təşkil edib.