Yeddi ayda dəniz nəqliyyatı ilə 382,4 min ton yük daşınıb

194

Cari ilin yanvar-iyul aylarında dəniz nəqliyyatı ilə ümumilikdə 382,4 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 341,6 milyon ABŞ dollarıdır.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yeddi ayda dəniz nəqliyyatı ilə ixrac olunan 146,8 min ton yükün dəyəri 69,2 milyon dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 235,6 min tondan çox, dəyəri isə 272,3 milyon dollar olub.