“Seaneüs.az” xəbər verir ki, Çinin Ningbo limanındakı “Ningbo Meidong” konteyner terminalı iki həftəlik karantindən sonra fəaliyyətini bərpa edib.
“Ningbo Meidong” konteyner terminalı limanın ötürmə qabiliyyətinin təxminən 25%-ni təmin edir. Dokerlərin birində koronavirus aşkarlandığı üçün terminal avqustun 11-dən etibarən bağlanmışdı.
Bu, Çində limanın qismən bağlanması ilə bağlı ikinci hadisədir. “COVID-19”-in yayılması səbəbiylə Yantyan limanı may ayında gəmiləri qəbul etmədi.