Konteyner terminalı gəmilərin üzünə açıqdır

201

“Seaneüs.az” xəbər verir ki, Çinin Ningbo limanındakı “Ningbo Meidong” konteyner terminalı iki həftəlik karantindən sonra fəaliyyətini bərpa edib.

“Ningbo Meidong” konteyner terminalı  limanın ötürmə qabiliyyətinin təxminən 25%-ni təmin edir. Dokerlərin birində koronavirus aşkarlandığı üçün terminal avqustun 11-dən etibarən bağlanmışdı.

Bu, Çində limanın qismən bağlanması ilə bağlı ikinci hadisədir. “COVID-19”-in yayılması səbəbiylə Yantyan limanı may ayında gəmiləri qəbul etmədi.