Ceyhan terminalından yola salınan AÇG neftinin həcmi açıqlanıb

49

Türkiyənin “BOTAŞ International Limited” (BIL) şirkəti 2021-ci ilin əvvəlindən Ceyhan neft terminalından 185 “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti daşıyan tanker və ya 134,4 milyon barel neft yola salıb.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Bugünədək terminaldan “Azəri-Çıraq-Günəşli” (AÇG) 3,705 milyard barel neft nəql edilib.

Ümumilikdə, Ceyhan neft terminalından yatağından neft daşıyan 4 844 tanker yola salınıb.