Tankeri quru yük gəmisinə çeviriblər

207

“Seanews.az”-ın məlumatına görə, “Volqaneft” tipli tanker Dəniz Mühəndisliyi Bürosunun  RSD26 layihəsi əsasında 4942 tonluq “Volqa-Don Max” quru yük gəmisinə çevrildikdən sonra ilk səfərinə çıxmışdır.

Tankerin quru yük gəmisinə çevrilməsi ilə bağlı bütün işlər Rusiyanın Ulyanovsk vilayətindəki  Kriuşinski gəmiqayırma və gəmi təmiri zavodunda həyata keçirilib.

Bir vaxtlar neft məhsulları daşıyan gəmi bundan sonra anbarlarına taxıl, mineral gübrələr, kükürd (4.1 sinif təhlükəli yük), kömür, metal, meşə materialı kimi quru yüklər qəbul edəcək.

Uzunluğu 132.6 metr, eni 16.90 metr, bortunun hündürlüyü 5.50 metr olan “Blaqovest”gəmisinin istismar sürəti 20 km/saat, 4942 ton yüklə dənizdə suya oturumu 3,527 мetr, 4923 ton yüklə çayda suya oturumu 3,6 мetrdir.