“Şimal axını-2” qaz kəmərinin tikintisinin başa çatacağı tarix açıqlanıb

37

Rusiyanın “Şimal axını-2” qaz kəmərinin tikintisi yaxın günlərdə başa çatacaq.

Trend-in məlumatına görə, bunu “TASS”a Avstriyanın OMV neft və qaz şirkətinin sabiq rəhbəri Rayner Zele deyib.

R.Zele bildirib: “Nord Stream 2″ qaz kəmərənin icraçı direktoru Mattias Varniq birmənalı olaraq kəmərin tikintisi üzrə işlərin bu həftə başa çatacağını söyləyib”.

Menecer “Nord Stream 2” qaz kəməri ilə ilk qaz tədarükünün bu il başlayacağından əmin olduğunu ifadə edib.