Hayfa limanında yeni terminal istifadəyə verilib

224

“Seanews.az” bildirir ki, Çin Hayfada Şanxay Beynəlxalq Liman Qrupu tərəfindən idarə olunan “Bay Port” konteyner terminalı istifadəyə verib.

Layihənin dəyəri 1,7 milyard dollardır. Yeni terminal, tutumu 18 min TEU-yadək olan konteyner gəmilərində yük əməliyyatı həyata keçirə biləcək.

Terminala ilk dəfə 14,6 min TEU tutumlu “COSCO Shipping Alps” adlı konteyner gəmisi yan alıb. Yeri gəlmişkən, bu konteynerdaşıyan Çinin xaricində başqa bir Çin şirkəti tərəfindən idarə olunan başqa bir limandan – Pireydan gəlib.

Qeyd edək ki, “COSCO Shipping Alps” indiyədək İsrail limanına yan alan ən böyük gəmidir. Bu, sədəcə terminalın imkanlarını nümayiş etdirmək üçün planlaşdırılmış bir səfər olmayıb. Koronavirus məhdudiyyətləri zamanı İsraildə yığılmış boş yüklərin “COSCO Shipping Alps” konteynerdaşıyanına  yüklənməsi nəzərdə tutulur.

İsrail Hayfa limanını YaAxın Şərqin qapısına çevirmək niyyətindədir. İlin sonuna qədər Hayfada başqa şirkət tərəfindən istismar ediləcək daha bir terminalın açılması planlaşdırılır.